Bu gün Leninqrad şəhərinin blokadadan azad edilməsinin 75 illiyi tamam olub.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən xəbərinə görə, bu münasibətlə Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Piskarev memorial qəbiristanlığında “Ana vətən” abidəsini ziyarət edib.
Ziyarətdən sonra maraqlı hadisə yaşanıb. Belə ki, Putinin mühafizəçilərindən biri onunla görüşmək istəyən vətəndaşlara mane olmaq istəyib. Rusiya prezidenti isə əl hərəkəti ilə mühafizəçini dayandırıb. Görüntülər “RIA _Kremlinpool”un Tvitter səhifəsində paylaşılıb.
Son xəbərlər
Son Xəbərlər