Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen və Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta Ukraynanın paytaxtı Kiyevə səfər ediblər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı avropalı rəsmilər “X” hesabında paylaşıblar.
Onları Kiyevdə Ukraynanın XİN rəhbəri Andrey Sibiqa qarşılayıb.
Lyayen bunun Rusiya-Ukrayna müharibəsinin başlamasından bu yana Kiyevə sayca onuncu səfəri olduğunu bildirib.
Xatırladaq ki, bu gün Rusiya və Ukrayna arasında 2022-ci ildə başlayan genişmiqyaslı müharibənin dördüncü ili tamam olur.
Son xəbərlər
Son Xəbərlər