Müharibənin ilk günü şəhid olan Qurbanovlar ailəsi...

muharibenin-ilk-gunu-sehid-olan-qurbanovlar-ailesi
Oxunma sayı: 7546

Bu gün Azərbaycanda Anım Günü qeyd olunur. Anım günündə  Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi anılır.

“Qafqazinfo” qeyd edir ki, Vətən müharibəsi zamanı hərbçilərimizlə yanaşı 94 dinc, mülki şəxs də erməni təcavüzünün qurbanı olub. Onlardan biri Qurbanovlar ailəsidir. 

Xəbəri rus dilində oxuyun: Члены семьи Гурбановых, ставшие шехидами в первый день войны... 

Belə ki, Vətən müharibəsinin ilk günü  Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan şəhəri, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun dörd ailə üzvü həlak olmuşdular.

Qeyd edək ki, Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib.