Musialanı dəstəklədi, komandası ilə arası dəydi - “Bavariya”da qalmaqal böyüyür

musialani-destekledi-komandasi-ile-arasi-deydi
Oxunma sayı: 1677

Almaniyanın “Bavariya” klubunun futbolçusu Maykl Olise komandasından ayrıla bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.

Bildirilib ki, buna Münhen təmsilçisinin rəhbərliyinin nevroloji xəstəlikdən əziyyət çəkdiyi bildirilən Camal Musialaya münasibəti səbəb ola bilər. Belə ki, klub rəhbərliyinin bəzi üzvləri 23 yaşlı yarımmüdafiəçinin əvvəlki formasını bərpa edə biləcəyinə şübhə ilə yanaşıb, hətta onun mümkün transferini istisna etməyiblər. Olise isə açıq şəkildə komanda yoldaşına dəstək nümayiş etdirərək rəhbərliyin mövqeyindən narazılığını ifadə edib.

Nəşrin məlumatına görə, fransalı futbolçunun klub rəhbərliyi ilə münasibətlərinin pisləşməsi onun Madrid “Real”ına keçidinə zəmin yarada bilər. İspaniya nəhəngi Olisenin çıxışını yaxından izləyir.

Qeyd edək ki, “Transfermarkt” portalı 24 yaşlı futbolçunun transfer dəyərini 180 milyon avro olaraq qiymətləndirir.