Naftalanda qanvermə aksiyası keçirildi - Fotolar

naftalanda-qanverme-aksiyasi-kecirildi
Oxunma sayı: 936

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə TƏBİB-in tabeliyində olan Naftalan ŞMX-də Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən növbəti könüllü qanvermə aksiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, aksiyanın keçirilməsi ehtiyat qan bankının zənginləşdirilməsinə, irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza yardım məqsədi daşımaqla yanaşı böyük xeyirxahlıq ifadəsidir.

Mərkəzi Qan Bankının ixtisaslaşdırılmış tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donor tibbi müayinədən keçdikdən sonra qan analizi götürülüb və aksiyaya qoşulmaları ilə bağlı rəy verilib.

Aksiyada Naftalan Şəhər İcra Hakimiyyəti başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan şəhər təşkilatının sədri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların əməkdaşları, könüllülər iştirak ediblər.

Belə nəcib xeyriyyə aksiyalarının gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən ölkədə öncəki üç il ərzində Qan donorluğunun təşkilatçılığında fəal iştiraka və dəstəyə görə ŞİH-nə “Təşəkkürnamə” təqdim edilib.