“Napoli” bu göstərici ilə tarixə düşdü

napoli-bu-gosterici-ile-tarixe-dusdu
Oxunma sayı: 1364

Ötən gün İtaliya A Seriyasında 2024/2025 mövsümünün qalibi olan “Napoli” unikal rekorda imza atıb.

“Qafqazinfo” xəbər verir ki, Neapol təmsilçisi bu uğuru 38-ci turda “Kalyari”yə qalib (2:0) gəlməklə həyata keçirib.

Belə ki, Antonio Kontenin rəhbərlik etdiyi kollektiv ötən mövsüm A seriyasını 10-cu sırada başa vurub. Bununla da, “Napoli” son İtaliya çempionatını 10-cu pillədə başa vurduqdan sonra A Seriyasını qazanan ilk komanda olub.