“Napoli” İtaliya çempionu oldu

napoli-italiya-cempionu-oldu
Oxunma sayı: 1328

İtaliya A Seriyasında 2024/2025-ci illər mövsümünün qalibi bəlli olub.

“Qafqazinfo” xəbər verir, son turda doğma meydanda “Kalyari”ni 2:0 hesabı ilə üstələyən “Napoli” ölkə çempionu olub.

Neapol təmsilçisi sezonu 82 xalla birinci bitirib. “İnter” isə 81 xalla ikinci olub.

Qeyd edək ki, “Napoli” sonuncu dəfə 2022/2023 mövsümündə çempion olmuşdu. Komanda ümumilikdə dörd dəfə birincilik yaşayıb.