“Napoli” səfərində “Qarabağ”ı mindən çox azarkeş dəstəkləyəcək

napoli-seferinde-qarabagi-minden-cox-azarkes-destekleyecek
Oxunma sayı: 1327

“Qarabağ”ı İtaliyada “Napoli”yə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda 1000-dən çox azarkeş dəstəkləyəcək.

Bu barədə “Qafqazinfo”ya klubun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

O bildirib ki, “Napoli”yə qarşı matçda tribunada 1100 azərbaycanlı fanat olacaq.

Qeyd edək ki, “Napoli” -“Qarabağ” matçı noyabrın 25-də yerli vaxtla saat 21:00-da (Bakı vaxtı ilə 00:00-da)  “Stadio Diego Armando Maradona” stadionunda start götürəcək.