Naqif Həmzəyevin məhkəmə tarixi məlum oldu

naqif-hemzeyevin-mehkeme-tarixi-melum-oldu
Oxunma sayı: 5351

Müsavat Partiyasının Milli Məclisin deputatı Naqif Həmzəyevə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesinin vaxtı məlum olub.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, iddia ilə bağlı yanvarın 14-də Gəncə şəhərinin Nizami rayon Məhkəməsində hazırlıq iclası keçiriləcək.

Müsavat Partiyası Milli Məclisin üzvü, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevi Məhəmməd Əmin Rəsulzadənin şərəf və ləyaqətini alçaltmaqda günahlandırır.