“Nar” yeni “Gigabyte+” internet paketini təqdim edir

nar-yeni-gigabyte-internet-paketini-teqdim-edir
Oxunma sayı: 1353

Mobil operatorun bu təklifi sayəsində istənilən vaxt,istənilən yerdən yüksəksürətli internetə qoşulmaq mümkündür

“Nar” yeni “Gigabyte+” internet paketini təqdim etdi. Öncədən ödənişli “Nar” data-nömrəsi, 1 GB gündüz və 1 GB gecə internet trafikinin daxil olduğu bu paket sayəsində abunəçilər yüksəksürətli internetdən sərfəli qiymətə istifadə edə biləcəklər. Qiyməti cəmi 5 AZN təşkil edən paket çərçivəsində təqdim olunan trafik 30 gün müddətində aktivdir.

İnternet trafikin balansını yoxlamaq üçün *777#22#YES şifrəsini yığmaq kifayətdir. “Gigabyte+” internet paketi ilə təqdim olunan trafik bitdikdən sonra, istənilən “Turbo” və ya “Limitsiz” paketini sifariş edərək yüksəksürətli internetə sərfəli qiymətlərlə qoşulmaq mümkündür.

“Gigabyte+” internet paketini bütün “Nar” mağazalarından əldə etmək olar.

Yeni paket haqqında ətraflı məlumatı bizim internet səhifəmizdən öyrənə bilərsiniz: www.nar.az