Natəvan Babayevanın vəziyyəti necədir? - Yenilənib

natevan-babayevanin-veziyyeti-necedir
Oxunma sayı: 5758

Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Natəvan Babayeva xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo”nun məlumatına görə, aparıcının yerləşdirildiyi xəstəxananın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Samir Oruc onun səhhəti ilə bağlı açıqlama verib.

“Ötən gün anidən halı pisləşən Natəvan xanım Liv Bona Dea Hospitalına yerləşdirilib. Artıq vəziyyəti stabildir, özünü yaxşı hiss edir. Maraqlanan, dəstək olanlara təşəkkür edirik”, - xəstəxana rəsmisi bildirib.

***

Tanınmış jurnalist Natəvan Babayeva müalicə aldığı xəstəxanadan Milli Onkologiya Mərkəzinə köçürülüb.

Jurnalist hazırda həkim nəzarətindədir və reanimasiyadan çıxıb.