“NATO bunu heç vaxt planlaşdırmayıb”

nato-bunu-hec-vaxt-planlasdirmayib
Oxunma sayı: 314

“NATO uzun illər Gürcüstan və Ukraynaya alyansa üzv olacaqları ilə bağlı vədlər verib, lakin əslində bunu heç vaxt planlaşdırmayıb”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında bildirib.

Kaladzenin sözlərinə görə, artıq NATO ölkələri Gürcüstanın alyansa qəbulunun mümkün olmadığını açıq şəkildə dilə gətirirlər.

Gürcüstan parlamentinin Avropa ilə inteqrasiya komitəsi sədrinin müavini Tornike Paqava isə deyib ki, əgər NATO sonda Gürcüstanı üzvlüyə qəbul etməsə, Tbilisi çoxşaxəli xarici siyasət yürütməyə məcbur olacaq.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın Böyük Britaniyadakı səfiri və ölkənin keçmiş Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujni də Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı verilən vədləri nağıl adlandırmışdı.