Naxçıvanda epidemioloji vəziyyət açıqlandı

naxcivanda-epidemioloji-veziyyet-aciqlandi
Oxunma sayı: 2041

“Xəstəxanalardan daxil olan gündəlik rəqəmlərə istinadən demək olar ki, Naxçıvanda epidemioloji durumda mövsüm normalarından kənar yoluxma halı qeydə alınmayıb”.

"Qafqazinfo" xəbər verir ki, bunu Muxtar Respublikanın səhiyyə nazirinin vəzifəsini icra edən Samiq Sadıxov media nümayəndələri ilə görüşündə deyib. 

Onun sözlərinə görə, Naxçıvanda insanlar arasında hər il qeydə alınan rəqəmlərə uyğun xəstəliklər müşahidə olunur.

Xəstəliklər üzrə tibb müəssisələrinə müraciət növlərinə gəlincə, S.Sadıxov vurğulayıb ki, endemik xəstəlik halı mövcud deyil: "Sadəcə Naxçıvanda iqlimlə əlaqəli müəyyən müraciət sayında artım ola bilər. Bu da müəyyən olunan normadan kənara çıxmır".

Gülnar Əliyeva