Naxçıvanda narkotik satan İran vətəndaşı tutuldu

naxcivanda-narkotik-satan-iran-vetendasi-tutuldu
Oxunma sayı: 1820

Naxçıvanda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 4 nəfər saxlanılıb. 

"Qafqazinfo" xəbər verir ki, araşdırmalarla müəyyən edilib ki, Naxçıvan şəhər sakini 1993-cü il təvəllüdlü David Abdullayev idarə etdiyi “Naz Lifan” markalı avtomobili ilə əvvəlcədən tanıdığı İran vətəndaşı Rza Dadrasacirloudan pul müqabilində metamfetamin maddələri əldə edərək dövriyyəsini təşkil edib. Davam etdirilən tədbirlərlə onlarla cinayət əlaqəsində olan 1993-cü il təvəllüdlü, Babək rayon sakini Turqut Fətullayev, Kəngərli rayon sakini 1994-cü il təvəllüdlü Nicat Tarverdiyev müəyyən olunaraq saxlanılıblar.  Onlardan satış üçün nəzərdə tutulan müxtəlif çəkilərdə qablaşdırılmış metamfetamin və 2 ədǝd preqabalin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.