Naxçıvanda xidmət rəisi vəzifəsindən azad edilib - Yenilənib

naxcivanda-xidmet-reisi-vezifesinden-azad-edilib
Oxunma sayı: 4311

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsindən çıxarılıb.

Xatırladaq ki, Bəxtiyar İsmayılov bu vəzifəyə 2018-ci ildə təyin edilmişdi

***

“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə yeni rəis müavini, rəis vəzifələrinin müvəqqəti icraçısı təyin edilib.

Bununla bağlı müvafiq sərəncam imzalanıb. Sərəncama əsasən, Seymur Nazim oğlu Cəfərov Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi müavini, rəis vəzifələrinin müvəqqəti icraçısı təyin edilib.