Naxçıvanın sabiq daxili işlər naziri həbs edildi

naxcivanin-sabiq-daxili-isler-naziri-hebs-edildi
Oxunma sayı: 14811

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov həbs edilib.

"Qafqazinfo" unikal.org-a istinadən xəbər verir ki,  Ə. Əhmədov  mənimsəmədə ittiham olunur və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ə. Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.

Xatırladaq ki, bir müddət əvvəl Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədov hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunurdu. İttihama görə, Əvəz Əhmədov Hörmət Əsgərov adlı şəxsi özünə məxsus Sabunçu rayonu ərazisində yerləşən "Park Plyus” əyləncə mərkəzində girov götürüb. Hörmət Əsgərovdan ona borclu olduğu pulu tələb edib. Daha sonra isə Hörmət Əsgərovun qohumu Rəşad Tahirov həmin borcu qaytaracaqlarını söz verib və buna görə də Hörmət Əsgərovu sərbəst buraxıb. İttihama görə, Əvəz Əhmədov hədə-qorxu ilə Rəşad Tahirovdan 140 min dollar alıb. 2019-cu ildə isə bəraət alaraq məhkəmə zalından azadlığa buraxılıb.