Nazir 143 kq ağırlıq qaldırıb sərt xəbərdarlıq etdi - Video

nazir-143-kq-agirliq-qaldirib-sert-xeberdarliq-etdi
Oxunma sayı: 2637

ABŞ müdafiə naziri Pit Heqset sosial mediada paylaşılan məşq videoları və ordudakı fiziki standartlarla bağlı sərt tənqidləri ilə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, o, hərbi idman zalında təxminən 143 kiloqramlıq “bench press” qaldırarkən çəkilən görüntülərini paylaşıb və gücünü nümayiş etdirib.

Nazir orduda fiziki boşluğa dözümsüz olduğunu bildirib:

“Mən kök əsgərləri və xüsusən də kök generallar və admiralları görmək istəmirəm”.

Heqset eyni zamanda təxminən 1,5 milyon hərbçidən ibarət orduda fiziki hazırlıq testlərinin artıq güzəşt edilmədən keçiriləcəyini açıqlayıb.

Yeni qaydalara görə, bütün şəxsi heyət ildə iki dəfə boy, çəki və fiziki hazırlıq testlərindən keçməlidir. Əvvəllər fiziki standartlara cavab verməyən bəzi Milli Qvardiya bölmələrinin artıq vəzifələrinə qayıtmağa məcbur olduğu bildirilir.