Nazir də İmanov qardaşları ilə bağlı açıqlama verdi

nazir-de-imanov-qardaslari-ile-bagli-aciqlama-verdi
Oxunma sayı: 6740

Mədəniyyət naziri Əbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında İmanov qardaşlarına qoyulan qadağa məsələsinə də toxunub.

“Qafqazinfo” xəbər verir ki, nazir qeyd edib ki,  Tahir İmanovun rəhbəri olduğu “Planet Parni iz Baku” teatrının fəaliyyəti Mədəniyyət Nazirliyi tərəfindən həmişə diqqət mərkəzində olub.

“Onlara dövlət tərəfindən heç bir qadağa qoyulmayıb. Özəl şirkətlər, telekanallar tərəfindən qadağalar var.  Mən özəl şirkətlərin fəaliyyətinə birbaşa müdaxilə edə bilmərəm, sadəcə məsləhət verə bilərəm”.

Elvin Elxan