Nazir iki rayona yeni rəis təyin etdi

nazir-iki-rayona-yeni-reis-teyin-etdi
Oxunma sayı: 11843

Qobustan Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.

“Qafqazinfo”nun məlumatına görə, daxili işlər naziri Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Bəhruz Cabbarov Qobustan RPŞ-ə rəis təyin edilib. O, bundan əvvəl Qubadlı RPŞ-nin rəisi idi.

Nazirin digər əmri ilə Siyəzən RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Əhməd Nəcəfov vəzifəsindən azad olunaraq Qubadlı RPŞ-yə rəis təyin edilib.

Amin Nəzərli