Nazir milyonlardan danışdı

nazir-milyonlardan-danisdi
Oxunma sayı: 651

Bu sözləri noyabrın 22-də Bakıda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyasında Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev deyib.

Azərbaycanın iqtisadi gücünün və beynəlxalq nüfuzunun artmasında ölkəmizin sənaye və yanacaq-energetika kompleksinin mühüm rolunu diqqətə çatdıran N.Əliyev bildirib ki, hazırda respublikamızın ümumi daxili məhsulunun 54,9 faizi sənayenin müxtəlif sahələrində istehsal olunur. Bunun da 78 faizi mədənçıxarma, 17 faizi emal, 4,4 faizi elektrik enerjisi, qaz və təchizat bölməsinə aiddir.

Sənaye və energetika naziri qeyd edib ki, ölkənin neft-qaz sahəsinə böyük həcmli investisiyaların qoyulması və müasir texnologiyaların tətbiqi nəticəsində respublikamızda neft hasilatı 1990-cı illərin əvvəllərindəki illə müqayisədə 5,5 dəfə, qaz hasilatı isə 4 dəfə artıb.

Hazırda Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin layihədə nəzərdə tutulmuş ötürücülük qabiliyyətinin 1 milyon barreli aşdığını vurğulayan N.Əliyev qeyd edib ki, Azərbaycan 3 neft və 4 qaz ixrac boru kəməri ilə dünya bazarlarına ildə təxminən 40 milyon ton xam neft və 7 milyard kubmetr qaz nəql edir.