Nazir necə həbs olundu? - 2 milyonluq rüşvət

nazir-nece-hebs-olundu
Oxunma sayı: 6435

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin 2 milyon dollar rüşvət alarkən saxlanıldığı bəlli olub.

Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” İstintaq komitəsinə istinadən məlumat yayıb.

Ulyukayev “Başneft”in özəlləşdirilməsi haqqında müsbət qərar çıxarılması üçün “Rosneft”in nümayəndələrindən 2 milyon dolları tələb. O, pulu alarkən saxlanılıb.

Məlumata görə, FTX əməliyyata bir ildir hazırlaşırmış. Əməliyyat qrupu Ulyukayev və onun ətrafındakıların telefon danışıqlarını yaydan bəri dinləyirmiş.

“İnterfaks”ın məlumatına görə, nazir saxlanılarkən havadarlarına zəng etməyə çalışıb.

Rusiya İstintaq komitəsi “Xüsusi ilə böyük miqdarda rüşvət alınması” maddəsi ilə cinayət işinin açıldığını bildirib.