Nazir Qaxda tədris prosesi ilə tanış oldu - Fotolar

nazir-qaxda-tedris-prosesi-ile-tanis-oldu
Oxunma sayı: 396

Bu gün elm və təhsil naziri Emin Əmrullayev Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevlə birgə Qax şəhərində yerləşən 5 nömrəli tam orta ümumtəhsil məktəbində olub.

“Qafqazinfo” xəbər verir ki, səfər çərçivəsində məktəbdə yaradılmış şəraitlə tanışlıq olub, tədris prosesi izlənilib.

Nazir peşə təmayüllü siniflərdə şagirdlərin praktiki bacarıqlarının inkişafına yönəlmiş fəaliyyətləri izləyib. Eyni zamanda rəqəmsal bacarıqlar üzrə təşkil olunan dərslərdə şagirdlərin süni intellekt alətlərindən praktiki istifadə imkanları təqdim olunub, bu istiqamətdə tətbiq edilən müasir tədris yanaşmaları barədə məlumat verilib.

Daha sonra nazir məktəbin pedaqoji kollektivi ilə də görüşüb, müəllimlərin tədris prosesinin təşkili, peşəkar inkişaf və təhsil mühitinin təkmilləşdirilməsi ilə bağlı fikir və təkliflərini dinləyib, müvafiq tövsiyə və tapşırıqlarını çatdırıb.

Görüş zamanı regionlarda keyfiyyətli təhsil imkanlarının genişləndirilməsi, şagirdlərin əmək bazarının tələblərinə uyğun bacarıqlar əldə etməsinin əhəmiyyəti vurğulanıb.