Nazir şagirdin zədələndiyi hadisədən danışdı

nazir-sagirdin-zedelendiyi-hadiseden-danisdi
Oxunma sayı: 2343

“Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin nəzdində orta məktəblərdə 1,6 milyon, məktəbəqədər təhsil müəssisələrində 112 min uşaq təhsil alır. Uşaqların arasında hansısa zədələnmə, toqquşma halı ola bilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib. 

O qeyd edib ki, onların hər biri məktəb direktorları tərəfindən təhlil olunmalıdır. Günahı olan varsa, tapıb tənbeh olunmalıdır.

Xatırladaq ki, bir neçə gün əvvəl Sabunçu rayonunda 90 nömrəli tam orta məktəbdə ikinci sinif şagirdinin gözünün zədələnməsi ilə bağlı sosial şəbəkələrdə fotolar yayılmışdı. Onun məktəb direktoru tərəfindən döyüldüyü iddia edilsə də, Daxili İşlər Nazirliyi şagirdin göz nahiyəsindəki xəsarət faktında qəsd müəyyən etməmişdi. Onun məktəbin akt zalında digər şagirdin ona dəyməsi nəticəsində zədələnməsi müəyyən edilmişdi.

Gülnar Əliyeva