Nazir “Tarqovu”dakı yarışda- - Fotolar

nazir-tarqovudaki-yarisda-
Oxunma sayı: 2234


“Qafqazinfo”nun Azərtac-a istinadən məlumatına görə, ilk dəfə keçirilən turnirin birinci günündə beynəlxalq titullu 16 idmançı iştirak edib. Atletlər turnirin ilk günündə idmanın şüvüllə tullanma növü üzrə güclərini sınayıblar. 

Qadınlardan rusiyalı Natalya Demidenko, Tatyana Şvidkina, Olqa Mullina, Anastasiya Savçenko, almaniyalı Lisa Rüzih, slovakiyalı Tina Sutej, çexiyalı Romana Malaçova yarışda iştirak ediblər. Kişilər arasında isə Rusiya təmsilçisi Anton İvakin, İlya Mudrov, Aleksandr Qripiç, çexiyalı Mixal Balner, polşalı Przemislav Çzervinski və Piotr Lisek, britaniyalı Steven Levis, braziliyalı Tiaqo da Silva və almaniyalı dünya çempionu Rafael Holtsdeppe mübarizə aparıblar.

Yarışdan əvvəl çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, atletika yarışının küçədə keçirilməsinin əsas məqsədi gənclərin bu idman növünə marağını artırmaq və onları idmana cəlb etməkdir.

Turnirin ikinci günündə hündürlüyə tullanma yarışları keçiriləcək. Hündürlüyə tullanan 9 idmançı arasında məşhur ukraynalı atletlər Bondarenko və Protsenko ilə yanaşı, rusiyalı Aleksandr Şustov və Aleksey Dmitrik, çexiyalı Yaroslav Baba da olacaq.