Nazirlik idmançıların qapalı zallarda məşqlərinə icazə verildiyini açıqladı

Nazirlik idmançıların qapalı zallarda məşqlərinə icazə verildiyini açıqladı
Oxunma sayı: 3486

Olimpiya İdman Komplekslərinin və digər idman təyinatlı obyektlərin açıq havada yerləşən meydança və qurğuları əhalinin istifadə etməsinə şərait yaradılıb. Bu barədə "Qafqazinfo"ya Gənclər və idman nazirliyindən məlumat daxil olub.

Federasiyalar tərəfindən Gənclər və İdman nazirliyinə edilən sifarişlər nəzərə alınaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığı əsasında  idmançıların yoxlanılması, onların xüsusi karantin qaydalarına əməl etmələri və federasiyalar tərəfindən nazirliyə  gündəlik hesabatların  verilməsi  şərti ilə  idman növləri üzrə yığma komandaların qapalı şəraitdə müxtəlif Olimpiya İdman Komplekslərində məşqlərinə icazə verilsin.

İdmançıların regionlarda yerləşən Olimpiya İdman komplekslərinə məşqlər üçün ezam olunmaları xüsusi icazə qaydalarına (ezamiyyə icazəsi) əsasən aparılacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi