Nazirliyin Aparat rəhbəri Cəlilabadda vətəndaşları qəbul edib - Fotolar

nazirliyin-aparat-rehberi-celilabadda-vetendaslari-qebul-edib
Oxunma sayı: 2694

Dekabrın 25-də Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Cəlilabad rayonunda olub.
“Qafqazinfo” xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin Alar kənd 1 nömrəli tam orta məktəbin qarşısında ucaldılan büstü ziyarət edilib.
Daha sonra Mətin Kərimli Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovla görüşərək fikir mübadiləsi aparıb.

Sonra Aparat rəhbəri Heydər Əliyev adına Alar kənd 1 nömrəli və Cəlilabad şəhəri Rəşad Abdullayev adına 2 nömrəli tam orta məktəblərdə, ardınca 2 və 10 nömrəli körpələr evi-uşaq bağçalarında tədris prosesini izləyib, yaradılan şəraitlə tanış olub.

Daha sonra Mətin Kərimli Cəlilabad rayonu təhsil sektorunun inzibati binasına baxış keçirib və əməkdaşların iş şəraiti ilə tanış olub.
Aparat rəhbəri səfər çərçivəsində təhsil müəssisələrinin rəhbərləri ilə də görüşüb.

O, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə son illərdə təhsil sahəsində həyata keçirilən islahatlar, müəllimlərin bilik və bacarıqlarının artırılması, eləcə də effektiv kommunikasiyanın əhəmiyyətindən danışıb.

Görüş zamanı məktəb direktorları fikir və təkliflərini bölüşüblər.
Səfər çərçivəsində Mətin Kərimli həmçinin vətəndaşları qəbul edib, müraciətlərin operativ araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.