“Nə müxalifətin toruna düşdük, nə də Qərbin tələsinə” - Ərdoğan

ne-muxalifetin-toruna-dusduk-ne-de-qerbin-telesine
Oxunma sayı: 1867

“Biz nə müxalifətin toruna düşmüşük, nə də Qərb dövlətlərinin tələsinə. Biz Türkiyəni heç bir vətəndaşa zərər vermədən çox təhlükəli proseslərdən çıxartmışıq”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Giresunda xalqa müraciəti zamanı deyib.

Türkiyə lideri sülh əsrini reallığa çevirmək üçün dost və qardaş ölkələrlə əməkdaşlığı inkişaf etdirməkdən başqa yol olmadığını bildirib.