Neçə ağır yaralı qazimizin müalicəsi davam edir?

nece-agir-yarali-qazimizin-mualicesi-davam-edir
Oxunma sayı: 948

“Hazırda 5 ağır yaralının müalicəsi Türkiyədə davam edir”.

“Qafqazinfo” xəbər verir verir ki, bu barədə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun 3 illik fəaliyyəti ilə bağlı hesabat konfransında məlumat verib.

“Ümumilikdə 185 şəxs müalicə məqsədilə Türkiyəyə göndərilib. Onlardan 178-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvü olub. Müalicə alanlardan 160-ı ölkəyə geri qayıdıb. Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 16 406, itkin ailə üzvlərinin 6 və yaralıların 11 030 müraciəti olmaqla ümumilikdə 27 442 müraciət təmin edilib"-, o qeyd edib.

Lamiyə Məmmədova