Neftçalada şair Soltan Abbasın yubileyi qeyd olundu - Fotolar

neftcalada-sair-soltan-abbasin-yubileyi-qeyd-olundu
Oxunma sayı: 2357

Neftçala rayonunda şair Soltan Abbasın 90 illik yubileyi qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, yubiley tədbirində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, şəhid ailələri, şair və yazıçılar iştirak edib.

Yubileydə çıxış edən icra başçısı Soltan Abbası yubileyi münasibətilə səmimi qəlbdən təbrik edib, şairin bundan sonraki yaradıcılığında uğurlar arzulayıb və Soltan Abbasın özünəməxsus yaradıcılıq yolunun olmasını vurğulayıb.

Yubileydə Neftçala RİH başçısı və Azərbaycan Yazılar Birliyi tərəfindən şairə Fəxri Fərman, xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, S.Abbasov 7 yanvar 1933-cü ildə Neftçala rayonunun Ballıcalı kəndində anadan olub. O, 1960-cı illərdən yaradıcılığa başlayıb. “Damcı”, “Mənə çox öyrəşmə”, “Tut ağacı”, “Yollar- ömür yolum”, “Həqiqətin ağzı daş saxlamaz”, “Rübailər”, “Qəzəllər” və digər əsərlərin müəllifir.