Neftçalanın icra başçısı qəbul keçirdi - Fotolar

neftcalanin-icra-bascisi-qebul-kecirdi
Oxunma sayı: 1850

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Qırmızkənd kənd sakinləri ilə növbəti səyyar görüşünü keçirib.

“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda RİH-in məsul şəxsləri, şəhid ailələri, qazilər, kənd sakinləri iştirak edib.

Görüşdə çıxış edən Neftçala RİH-in başçısı M.Seyidov  44 günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, sentyabrın 12-dən 13-nə keçən gecə və 10 aprel 2023-cü ilin tarixində düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən danışıb. Döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunması, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimiz və yaralanan hərbçilərimiz haqqında məlumat verib.

RİH-nin başçısı 7 fevral növbədənkənar prezident seçkilərinin sıradan bir seçki prosesi olmadığını qeyd edib. Bildirib ki, müstəqillik tariximizdə ilk dəfə olaraq suveren haqlarını bərpa edərək ərazi bütövlüyünü tam təmin edən ölkəmizdə vətəndaşlar növbəti 7 il üçün dövlət rəhbərini seçiblər. Bu baxımdan növbədənkənar prezident seçkiləri 44 günlük zəfər savaşının və uğurlu antiterror tədbirlərinin xalq iradəsi ilə təsdiqlənəcək möhürü olub və bu səbəbdən 7 fevral seçkiləri zəfər seçkisi kimi tarixə yazılıb. 

Səyyar qəbulda sakinlər elektrik təsərrüfatının yeniklənməsi, kənd təsərrüfatı sahəsində müasir suvarma sistemlərindən istifadə olunmasına köməklik göstərilməsi və digər məsələlərlə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaşlar Neftçala RİH ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.