“Neftçi” “Kayrat”ı 3 qolla məğlub etdi

neftci-kayrati-3-qolla-meglub-etdi
Oxunma sayı: 1625

“Neftçi” bu gün 2026-cı il üçün ilk yoxlama oyununa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, “ağ-qaralar” Qazaxıstan klubu “Kayrat”la qarşılaşıb.

Matç təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

“Ağ-qaralar”ın qollarını 67-ci dəqiqədə  Ağadadaş Salyanski, 89-cu dəqiqədə Vensan Abubakar və 90+2-ci dəqiqədə Murad Məmmədov vurublar.

“Neftçi” toplanış çərçivəsində daha 2 yoxlama oyunu keçirəcək. Paytaxt təmsilçisiin digər iki rəqibi isə Misir və Çin klubları olacaq. Həmin kollektivlərlə qarşılaşmalar yanvarın 12-si və 16-na planlaşdırılıb.