Neftçilərə təhlükə yaradacaq işlər məhdudlaşdırıldı

neftcilere-tehluke-yaradacaq-isler-mehdudlasdirildi
Oxunma sayı: 1430

Martın 30-u səhərdən aprelin 1-i axşam saatlarınadək hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar SOCAR-ın dəniz obyektlərində və digər müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu barədə “Qafqazinfo”ya SOCAR-dan məlumat verilib.

Bildirilib ki, istehsalat sahələrində mövcud hava şəraitində təhlükə yarada biləcək işlər mümkün qədər məhdudlaşdırılıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdarlığa əsasən, martın 30-u səhərdən aprelin 1-i axşamadək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s, 30-da axşam, 31-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35 m/s-dək güclənəcəyi gözlənilir. Martın 30-u axşamdan aprelin 1-i gündüzədək fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək.