“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Çempionlar Liqasının 2012-2013 mövsümünün birinci və ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.
Azərbaycan çempionunun iştirak edəcəyi ikinci mərhələnin ilk oyunları iyulun 17-18-də, cavab görüşləri isə 24-25-də keçiriləcək. Qalib gələcək 17 komanda üçüncü təsnifat mərhələsinə vəsiqə qazanacaq.
"Neftçi"nin yekun püşkatmadan qabaq "Zestafoni"dən başqa potensial rəqiblərinin siyahısında "Dinamo" (Zaqreb), "Partizan", "Şerif", "Slovan" və "Slask" var idi.