Neftimiz bahalaşmaqda davam edir

neftimiz-bahalasmaqda-davam-edir
Oxunma sayı: 1253

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,29 ABŞ dolları və ya 0,33% artaraq 88,32 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, ötən gün Azərbaycan nefti 88,02 dollara ticarət edilib.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149.66 ABŞ dolları təşkil edib.