Neftimiz yenə ucuzlaşdı

neftimiz-yene-ucuzlasdi
Oxunma sayı: 970

Dünya bazarlarında Azərbaycan nefti ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, “Azeri Light” (CIF) markalı neftimizin 1 barelə olan qiyməti 5,05 ABŞ dolları və ya 4,04% azalaraq 119,98 ABŞ dolları olub.

Qeyd edək ki, neftimiz ötən gün 125,03 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.

Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.