Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi

neriman-hesenzade-xestexanaya-yerlesdirildi
Oxunma sayı: 2061

Xalq şairi Nəriman Həsənzadə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev bildirib.

“Hazırda Nəriman Həsənzadənin vəziyyəti ağır-stabildir, müalicəsi davam etdirilir”, - o deyib.

N.Həsənzadənin yaxınları isə Oxu.az-a şairin vəziyyətinin yaxşı olduğunu bildiriblər. Qeyd olunub ki, şairin kreatini yüksək olub, lakin müalicələrdən sonra hər şey qaydasına düşüb: “Hazırda Mərkəzi Klinik Xəstəxanada müalicə alır. Vəziyyəti çox yaxşıdır. Evə nə zaman buraxılacağını hələ bilmirik”.