Nərimanovda “Fenomen” kitabının təqdimatı keçirilib - Video - Fotolar

nerimanovda-fenomen-kitabinin-teqdimati-kecirilib
Oxunma sayı: 1140

Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanan Vətən müharibəsində qazanılan böyük zəfərə həsr olunmuş “Fenomen” kitabının təqdimatı keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Nərimanov rayon rəhbərliyi, millət vəkilləri, tanınmış politoloqlar, incəsənət xadimləri, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirak edib.

Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə “Fenomen” kitabına həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbiri giriş nitqi ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Qarabağ zəfərinin unikallığı, tarixdə şəxsiyyətin rolunun əhəmiyyəti, Prezident İlham Əliyev fenomeninin tariximizdə və taleyimizdəki önəmi barədə söz açaraq tarixin mürəkkəb bir dönəmində qazanılan parlaq zəfərin nəinki Azərbaycan, həmçinin dünya hərb və diplomatiya tarixinin ən unikal hadisələrindən biri olduğunu bildirib. Əminlik ifadə edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Qarabağda aparılan böyük quruculuq işləri növbəti fenomenə çevriləcək və bu haqda da kitablar və əsərlər yazılacaq.

Tədbirdə çıxış edənlər bildiriblər ki, kitabda Vətən müharibəsi zamanı baş verən hadisələr çox orijinal üslubda - dünya tarixindən gətirilən paralellər vasitəsilə oxucuya çatdırılır. Həmçinin mühüm tarixi faktların və təhlillərin yer aldığı nəfis tərtibata malik fenomen kitab ictimaiyyət tərəfindən böyük maraqla qarşılanacaq.