Netanyahu istefasının mümkünlüyü ilə bağlı sualı cavablandırıb

netanyahu-istefasinin-mumkunluyu-ile-bagli-suali-cavablandirib
Oxunma sayı: 2127

İsrailin Baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında istefasının mümkünlüyü ilə bağlı sualı cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS”  məlumat yayıb.

Sualı cavablandıran İsrail Nazirlər Kabinetinin rəhbəri bildirib ki, onun indi məqsədi HƏMAS qruplaşması ilə müharibədir.

“Atəşkəs çağırışı HƏMAS-a, terrora və barbarlığa təslim olmaq çağırışı deməkdir. Bu baş verməyəcək”, - deyə Baş nazir vurğulayıb.

Qeyd edək ki, daha öncə “The Wall Street Journal” HƏMAS və İsrail arasında münaqişənin sonunun Netanyahunun siyasi karyerasının sonu olacağını yazmışdı. Nəşrin məlumatına görə, böyük ehtimalla o, “Likud” partiyasının rəhbəri postunu tərk edərək Baş nazir postundan istefa verəcək.