İsrailin Baş naziri Benyamin Netanyahu Ağ Ev rəhbəri Donald Trampla danışıqlar aparmaq üçün ABŞ-yə gedib.
“Qafqazinfo” xəbər verir ki, görüş 29 dekabrda keçiriləcək.
Məlumata görə, Netanyahu Amerika prezidenti ilə Qəzza zolağında atəşkəs sazişinin ikinci mərhələsinə keçid, Türkiyənin Fələstin anklavı üçün beynəlxalq qüvvələrdə iştirakı, eləcə də, İranın raket istehsalı müəssisələrinə mümkün hücumla bağlı məsələləri müzakirə etməyi planlaşdırır.
İsrail baş nazirinin ABŞ-də 5 gün qalacağı və səfəri zamanı bir sıra əlavə görüşlər keçirəcəyi, o cümlədən, ABŞ dövlət katibi Marko Rubio ilə görüşəcəyi gözlənilir.
Son xəbərlər
Son Xəbərlər