“Netflix” internet televiziya şəbəkəsi Qabriel Qarsia Markesin “Yüz ilin tənhalığı” kitabının ekranlaşdırılması hüququnu alıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, roman əsasında serial çəkiləcək. Yazıçının ailəsi əsərin mövcudluğunun 50 ili ərzində ilk dəfə onun ekranlaşmasına icazə verib. Müqavilənin maliyyə tərəfləri açıqlanmır.
Qeyd edək ki, “Yüz ilin tənhalığı” Kolumbiya yazıçısı Markesin ən məşhur əsərlərindən biridir. Roman 1967-ci ildə çap olunub, 46 dilə tərcümə edilib. Ümumi tirajı 50 milyon nüsxədir.
Son xəbərlər
Son Xəbərlər