Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayonun Toğanalı kəndində idarəetməni itirən “Niva” markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində bir nəfər həyatını itirib.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları və polis cəlb olunub.
***
Hadisə rayonun Toğanalı-Kəlbəcər magistral yolunda baş verib.
“Niva” markalı minik avtomobilinin dərin çuxura düşərək aşması nəticəsində Vəhəddin Fikrət oğlu Kaplanov hadisə yerində vəfat edib.
Maşında olan daha üç nəfər Göygöl rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Yaralıların Gəncə şəhərindəki tibb müəssisələrinin birinə yerləşdirilməsi gözlənilir.
Faktla bağlı araşdırma davam etdirilir.
Bildirilib ki, avtomobildə olan şəxslər Kəlbəcər rayonundan yola düşüblər. Qəzada həlak olan Vəhəddin Kaplanov orada fəaliyyət göstərən şirkətlərin birində mühəndis kimi çalışıb.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər