Niyazi Bayramov sakinlərlə səyyar görüş keçirib - Fotolar

niyazi-bayramov-sakinlerle-seyyar-gorus-kecirib
Oxunma sayı: 1165

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbdə vətəndaşlarla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Vətəndaşların müraciətləri sırasında fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi, işlə təminat, maddi yardım və sair məsələlər yer alıb.

Şəhər rəhbəri sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunauyğun şəkildə həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq həll olunması üçün qeydiyyata alınıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər mütəmadi olaraq davam etdirilir.