Niyə tədris ili bitməmiş imtahan keçirilir?

niye-tedris-ili-bitmemis-imtahan-kecirilir
Oxunma sayı: 6177

“Tədris ili bitməmiş imtahan keçirilməsi təcrübəsi dünyanın bir çox ölkəsində var. Bunu biz fikirləşməmişik”. 

“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə bildirib. 

Hansısa keçilməyən mövzunun imtahana düşməməsi ilə bağlı isə nazir qeyd edib ki, qiymətləndirmə şagirdin bacarıqlarını ölçür: “Burada ayrı-ayrı hallarda həqiqət payı ola bilər. Konkret hal olarsa, o barədə danışa bilərik”.

Gülnar Əliyeva