“Qafqazinfo” xəbər verir ki, o, facebook səhifəsində bu xəbərlərin mətbuatın uydurması olduğunu qeyd edib:
“Media işçilərinə mənə verdikləri vəzifəyə görə təşəkkür edirəm təbii ki, amma mənə maraqlıdır görəsən növbəti uydurma nə olacaq? Fantaziyanıza güvənirəm”.
Qeyd edək ki, Xəzər Universitetinin təsisçisi və rektoru Hamlet İsaxanlı publika.az-a açıqlamasında qızı Ülkər İsayevanın “Bakı-2015” Avropa Oyunları ilə bağlı tələbələrə və gənclərə koordinatorluq etdiyini bildirmişdi:
“Qızım psixoloji və xarici dillərlə bağlı tələbələrə treninqlər keçir, bu işə koordinatorluq edir. Biz tələbələri “Bakı-2015” Avropa Oyunlarına könüllü kimi göndərməmişdən öncə burada məşq etdiririk”.
Son xəbərlər
Son Xəbərlər