ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland tutduğu vəzifəni tərk edəcək.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat verib.
O, bunun yaxın həftələrdə baş verəcəyini bildirib.
“Viktoriya Nuland mənə bildirdi ki, o, yaxın həftələrdə dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsindən istefa vermək niyyətindədir”, - ABŞ dövlət katibi deyib.
O əlavə edib ki, onun gedişindən sonra bu vəzifəni müvəqqəti olaraq dövlət katibinin müavini Con Bass tutacaq.
Qeyd edək ki, Viktoriya Nulandın ABŞ dövlət katibinin müavini vəzifəsinə namizədliyi 2021-ci il aprelin 30-da ABŞ Senatı tərəfindən yekdilliklə təsdiqlənib.