Nuranəni öldürdükdən 1 gün sonra Kürə atıb... - Video

nuraneni-oldurdukden-1-gun-sonra-kure-atib
Oxunma sayı: 8712

Xəbər verdiyimiz kimi, Sabirabadda 16 yaşlı Nuranə Ələkbərova 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə tərəfindən qətlə yetirilərək Kür çayına atılıb.

“Qafqazinfo”nun məlumatına görə, onların yaxınları hadisə ilə bağlı “Xəzər Xəbər”ə danışıblar.

Bildirilib ki, Seyidrəsul Nuranənin 15 yaşı olandan onunla qeyri-rəsmi nikahda yaşayıb: “Bir il olar bir yerdə idilər. Övladları yox idi. Mən nə deyim, hər ailədə söz - söhbət olur”.

Qeyd edək ki, S. Talıbzadə mayın 17-si birgə yaşadığı 16 yaşlı Nuranəni Kür sahilində qətlə yetirib. Səhəri gün cəsədi gətirərək çaya atıb. Hadisədən 3 gün sonra polisə gedərək əməlini etiraf edib və təslim olub.

Ətraflı süjetdə: