Nyu-Yorkda qırmızı həyəcan siqnalı

nyu-yorkda-qirmizi-heyecan-siqnali
Oxunma sayı: 2749

Kanadada günlərlə davam edən meşə yanğınlarının tüstüsü ABŞ-nin şimal-şərq ştatlarını təsir altına alıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “AirNow” veb-saytı Nyu-York şəhəri və ətrafında havanın keyfiyyət səviyyəsini narıncıdan qırmızı rəngə dəyişib.

Nyu-York səlahiyyətliləri, xüsusilə ürək, ağciyər və tənəffüs yolu xəstəlikləri olanları çölə çıxmamağa çağırıb.