O da “Avroviziya”ya gedir - Muğam oxuyacaq

o-da-avroviziyaya-gedir
Oxunma sayı: 3910

Xəbər verdiyimiz kimi, Azərbaycanı "Avroviziya 2024" mahnı müsabiqəsində Fahree (Fəxri İsmayıl) təmsil edəcək. 

“Qafqazinfo”nun məlumatına görə, Fahree səhnəyə tək çıxmayacaq.

Onunla birlikdə səhnəni müğənni İlkin Dövlətov bölüşəcək. 

İlkin beynəlxalq mahnı müsabiqəsində səsləndiriləcək mahnının muğam hissəsini oxuyacaq. 

“Avropa, gözlə, muğam gəlir”, - deyə İlkin sosial media hesabında bildirib. 

Qeyd edək ki, bu il yarışma 7-11 may tarixlərində İsveçin Malmö şəhərində keçiriləcək. Təmsilçimiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.