O da “Teşkilat”a qatılır

o-da-teskilata-qatilir
Oxunma sayı: 5285

Türkiyəli məşhur aktrisa Yeliz Şar “Teşkilat” serialının yeni sezonu ilə ekranlara qayıdır.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktrisa serialda “Həyat” obrazını canlandıracaq.

O, kəşfiyyat idarəsinin yeni rəhbəri “Cevher”in (Erkan Bektaş) həyat yoldaşı rolunda olacaq.

Qeyd edək ki, serialın 6-cı sezonunun ilk bölümünün 14 sentyabrda yayımlanması planlaşdırılır.