O da “Uzak Şehir”dən gedir

o-da-uzak-sehirden-gedir
Oxunma sayı: 6599

Türkiyədə “Kanal D”nin böyük maraqla izlənilən serialı “Uzak Şehir”də daha bir ayrılıq yaşanacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şou yazarı Birsen Altuntaş məlumat yayıb.

O bildirib ki, bu dəfə Özkan obrazına həyat verən Yunus Eski serialla vidalaşır.

Qeyd edək ki, “Uzak Şehir” iyunun 2-də yayımlanacaq 28-ci bölümü ilə mövsümə fasilə verəcək.

Xatırladaq ki, bundan əvvəl də serialda Alyanın (Sinem Ünsal) anası Fikriye obrazını canlandıran Nursel Kösen layihədən ayrılmışdı.